USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Ədliyyə Nazirliyindən verilən məlumata görə, ötən həftə müasir tipli qarışıq rejimli cəzaçəkmə müəssisəsi istifadəyə verilib. İnşa edilən kompleks 1300 nəfər üçün nəzərdə tutulub və müxtəlif rejimli 19 kamera tipli binaya malikdir. Kameralarda ayrıca vanna otağı və gəzinti yerləri də daxil olmaqla bütün lazımi şərait var.
Kompleks beynəlxalq standartlara uyğun tikilib və iki zonadan – istintaq təcridxanası və həbsxanadan ibarətdir. Təqsirləndirilən şəxslər istintaq təcridxanalarında, ağır və digər cinayətlərdə təqsirli bilinənlər isə həbsxanada saxlanılacaq. Kompleksin ərazisində məhkumlar üçün kitabxana, televiziya otağı, idman meydançası, təhsil və peşə infrastrukturu, saç ustası, dərzi xidməti, psixoloji yardım otağı və qısa görüşlər üçün kabinələr var.
Bir cavab yazın