USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycanda yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir


 |  admin  | 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev son vaxtlar piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayının artması ilə bağlı məlumat verib. Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün respublikanın bütün bölgələrində yol polisi tərəfindən yol hərəkəti iştirakçıları – sürücülər və piyadalar arasında nizam-intizamın gücləndirilməsinə yönəlmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Hadisələrin təhlili nəticəsində məlum olub ki, piyadaların vurulması ilə baş verən qəzaların əksəriyyəti sürücülərin yol nişanlarını pozması, piyadaların özlərinin diqqətsizliyi, həmçinin piyadalar üçün nəzərdə tutulmuş keçidlərə məhəl qoymaması səbəbindən baş verib. Baş Dövlət Yol Polisi İdarəsi hər bir hərəkət iştirakçısını yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı