USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Sumo üzrə Azərbaycan milli komandası 18 yaşadək gənclər arasında Avropa çempionatında ümumi hesabda ikinci yeri tutub. Ümumilikdə komandamızın aktivində yeddi medal var: iki qızıl, üç gümüş və iki bürünc. Birinci yerləri Rauf Yadigarlı (mütləq çəki) və Cavidan Nəhmətov (70 kq) tutub. Çempionları təbrik edirik!
Gümüş medal sahibləri Coşqun Kəlbiyev (55 kq), Kamran Rəcəbli (70 kq) və Abdullah Şərif (90 kq) olub. Komanda yarışında isə Rauf Yadigarlı (+100), Məhəmməd Təmirov, Abdullah Şərif və Əli Hümbətzadədən ibarət kollektiv bürünc medala sahib çıxıb.
Bir cavab yazın