USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Ağır Atletika Federasiyası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 20 və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa çempionatında azərbaycanlı ağırlıqqaldıran Füqan Əliyevin təkanla 179 kq nəticə ilə gümüş medal qazandığını bildirib.
Füqan Əliyev 23 yaşadək oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparır. Azərbaycanlı birdən qaldırmada 138 kq qaldıraraq bu hərəkətdə 9-cu yeri tutub. Eyni zamanda, təkanla qaldırmada 179 kq çəki götürən idmançı uğurla çıxış edib və bunun sayəsində Avropa çempionatının gümüş medalının sahibi olub.
Bir cavab yazın