USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycanlı qadın MDB Ölkələri Pediatrlar Federasiyasının vitse-prezidenti oldu


 |  admin  | 

MDB Ölkələri Pediatrları Federasiyasının X Qurultayında Azərbaycan Tibb Universitetinin müəllimi, tibb sahəsi üzrə fəlsəfə doktoru Təranə Tağızadə qurumun vitse-prezidenti seçilib. Bundan başqa, azərbaycanlı alim pediatriyanın inkişafındakı xidmətlərinə görə medalla təltif edilib. O, federasiyada belə yüksək vəzifə tutan ilk azərbaycanlı qadın olub.

Hazırda Təranə Tağızadə Səhiyyə Nazirliyinin beynəlxalq proqramlar üzrə rəsmi ekspertidir. O, eyni zamanda Ana və Uşaq Sağlamlığı Proqramının Milli Koordinatorudur. Təranə xanım otuz illik fəaliyyəti ərzində Azərbaycanda səhiyyənin inkişafına mühüm töhfələr verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı