USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Azərbaycan idmançısı Boris Nəcəfov Cəbəllütariq boğazını üzərək ümumilikdə 16,2 kilometr məsafə qət edib. O, üzməyə İspaniyanın və kontinental Avropanın ən cənub nöqtəsindən – Tarifa şəhərindən başlayıb, son nöqtə isə Mərakeşdə Şimali Afrika sahilləri olub.
Boris Nəcəfov etiraf edib ki, Cəbəllütariqdə üzərkən onun əsas rəqibləri külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axınlar olub. O, həmçinin qeyd edib ki, uğurlu üzgüçülük üçün yaxşı hava gözləmək lazımdır.
Bir cavab yazın