USD1,700,00%
EUR1,85–0,08%

Azerbaijan Fashion Week yaxınlaşır


 |  admin  | 

Dekabrın 3-də paytaxtdakı “The Ritz-Carlton” otelində Azerbaijan Fashion Week (AFW) 15-ci mövsümü açılacaq. Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcı Həftə” çərçivəsində baş tutacaq. Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan dizaynerlərinin moda kolleksiyaları nümayiş olunacaq.

Bundan əlavə, dekabrın 2-də Creative Hub tədris və inkubasiya mərkəzində “Azerbaijan Fashion Forward” müsabiqəsinin təqdimatı keçiriləcək. Həmçinin məşhur modelyer Orxan Sultan burada Azərbaycanın ali məktəblərində və moda məktəblərində təhsil alan gənc modelyerlər üçün ustad dərsi keçirəcək.

Azərbaycan Moda Həftəsi Azərbaycanın əsas moda hadisəsi hesab olunur. Onun ilk mövsümü 2015-ci ilin may ayında keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı