USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindəki hissəsində bəndin uçması nəticəsində Ərəblər və Qaraqoyunlu kəndləri, eləcə də onlara bitişik ərazilər su altında qalıb. Təbii fəlakət zonasında yaşayan sakinlər təxliyə edilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ və Gəncə regional mərkəzlərinin, həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub.
Bir cavab yazın