USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü il martın 30-dək qüvvədə olacaq qış qrafikinə keçib. Bu müddət ərzində Bakıdan uçuş proqramı 37 aviaşirkətin 70 istiqamətinə müntəzəm və çarter reyslərindən ibarətdir ki, onlardan 18-i aşağı büdcəli aviaşirkətlərdir.
Bildirilir ki, payız-qış mövsümündə hava limanı baza aviadaşıyıcısı – Azərbaycan Hava Yolları (AZAL) üçün bir sıra yeni istiqamətlər açacaq. Bu, marşrut şəbəkəsini genişləndirəcək. Bundan əlavə, Bakı hava limanı müxtəlif beynəlxalq istiqamətlərə uçuşların tezliyinin artırılmasını gözləyir.
Bir cavab yazın