USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını tarixi səviyyəyə çatıb. 2023-cü ildə hava limanı 5,85 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da 2022-ci ilin nəticələrindən (4,4 milyon sərnişin) 33% çoxdur. Maksimal sərnişin axını avqustun 13-də qeydə alınıb – 24 274 nəfər. Ümumilikdə, ötən il Bakı hava limanından 80-ə yaxın istiqamətə 49,3 mindən çox reys həyata keçirilib.
5,13 milyon sərnişin beynəlxalq reyslərdən yararlanıb – onlardan 42,5%-nə (2,18 milyon nəfər) AZAL, qalan 57,5%-nə isə xarici hava daşıyıcıları xidmət göstərib. Naxçıvan istiqamətində isə 717 min nəfərə xidmət göstərilib ki, bu da 2022-ci illə müqayisədə 33 min nəfər çoxdur. Bu marşrut üzrə ən çox sərnişinə iyulda xidmət göstərilib – 92 min nəfərdən çox.
Bir cavab yazın