USD1,700,00%
EUR1,85–0,08%

Bakı metrosu yay iş qrafikinə keçib


 |  admin  | 

“Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə saat 07:00-dan 21:00-dək qatarlar arasında interval 2,5 dəqiqə, qalan vaxtlarda isə 3 dəqiqə və daha çox olacaq. “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində saat 07:00-dan 21:00-dək qatarlar arasında interval 5 dəqiqəyə qədər, qalan vaxtda isə 6 dəqiqəyə qədər və ya daha çox olacaq. İstirahət və bayram günlərində Bakı Metropolitenində qatarlar arası interval 07:00-dan 21:00-dək 3 dəqiqə olacaq.

Dərs ilinin başa çatması və tətil mövsümünün başlanması ilə əlaqədar sərnişindaşıma intensivliyinin azalması ilə əlaqədar hər il metro qatarlarının yay qrafiki fəaliyyət göstərir. Metro rəhbərliyi bildirir ki, zərurət yaranarsa, hazırlıq vəziyyətində olan ehtiyat qatarlar xəttə buraxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı