USD1,700,00%
EUR1,85–0,08%

Bakı metrosunda pilotsuz qatarlar peyda ola bilər


 |  admin  | 

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov hazırda tikilməkdə olan metro stansiyalarında pilotsuz qatarların buraxılmasının mümkünlüyünü açıqlayıb. Bu gün rele idarəetmə sistemindən mikroprosessor sisteminə keçid layihəsi həyata keçirilir.

Qurumun mətbuat katibinin sözlərinə görə, hazırda metronun “yaşıl” və “qırmızı” xətlərində mövcud infrastrukturun dəyişdirilməsi işləri aparılır. Planlaşdırılan Bənövşəyi Xətt stansiyaları ən son texnologiya ilə təchiz olunacaq. Pilotsuz qatar idarəetmə sisteminin tətbiqi üçün bütün metro xəttinin yeni tipli texnologiyalarla təchiz edilməsi lazımdır. Bütün işlər mərhələli şəkildə həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı