USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Fövqəladə Hallar Nazirliyinin Baş İstismar İdarəsinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasında “Bakı Metropolitenində baş verə biləcək fövqəladə hallar zamanı birgə tədbirlərin təşkili”nə həsr olunmuş təlimlər keçirilib. Onlarda Fövqəladə Hallar Nazirliyinin 35 əməkdaşı və 5 texnikası iştirak edib.
Təlimlərdə yanğın barədə siqnal daxil olduqdan sonra metropoliten işçiləri stansiyanı bağlayıb, tuneldə işləyən işıqlandırmanı yandırıb, kontakt relslərini enerjisizləşdirib və keçid qapılarını açıblar, Fövqəladə Hallar Nazirliyinin mobil qrupları Simulyasiya edilən yanğını qısa müddətdə söndürdü. Sonra hər iki idarənin əməkdaşları xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyyə zamanı təhlükəsizlik qaydaları barədə fikir mübadiləsi aparıblar.
Bir cavab yazın