USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Prezident İlham Əliyevin tapşırıqları çərçivəsində Bakıda yeni yaşıllıq zolaqlarının yaradılması, ekoloji tarazlığın bərpası, ətraf mühitin mühafizəsi istiqamətində işlər aparılır. Paytaxt icra hakimiyyətindən bildirilib ki, cari əkin mövsümündə Mərkəzi, Qış, Atatürk, Gənclik və Nizami Gəncəvi parklarında, əsas prospekt və küçələrdə ağac və kolların əkilməsi işləri aparılır.
Paytaxtda yeni yaşıllıq sahələrinin yaradılması üçün əsasən yerli ağac növləri, eləcə də şəhərin iqlim şəraitinə uyğunlaşdırılmış quraqlığa davamlı bitkilər seçilir. Bu mövsüm şəhərin küçələrində çiçəkləmə zamanı xüsusilə cəlbedici olan Lənkəran akasiyası, sezalpiniya, hanımeli və visteriya görünəcək.
Bir cavab yazın