USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dekabrın 15-də paytaxtın Xətai Sənət Mərkəzində ənənəvi “Su və rəng ahəngi-2023” sərgisi açılacaq. 100-dən çox müəllifin müsabiqəyə təqdim etdiyi 250-dən çox əsərdən 56 müəllifin 100 əsəri sərgi üçün seçilib. Tədbirdə həmçinin Türkiyənin məşhur rəssamı Atanur Doğanın ustad dərsi keçiriləcək.
Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilir. Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe) Azərbaycan nümayəndəliyi – IWS Azerbaijan, Xətai Sənət Mərkəzi və Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunub.
Bir cavab yazın