USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanın xalq artisti, bəstəkar Hacı Xanməmmədovun anadan olmasının 105 illiyi şərəfinə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində anım konserti keçirilib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə tanınmış incəsənət xadimləri bəstəkarın sevimli əsərlərini ifa ediblər.
Gecənin əvvəlində musiqişünas Jalə Qulamova tamaşaçılara bəstəkarın həyat və yaradıcılığından danışıb. Konsertdə Azərbaycanın əməkdar artistləri Aygün Bəylər, Almaz Orucova, Zakir Əliyev, Lalə Məmmədova, Nigar Şabanova, solistlər Nurlana Abdullayeva, Zabitə Əliyeva, Rəvanə Qurbanova, Səbinə Ərəbli və Rövşən Əziz iştirak ediblər.
Bir cavab yazın