USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakıda keçirilən MİNEPS VII Bədən Tərbiyəsi və İdman Nazirlərinin VII Beynəlxalq Konfransında 150 ölkədən idman qurumlarının rəhbərləri və nazirləri iştirak ediblər. Tədbirdə bədən tərbiyəsi sahəsində beynəlxalq tendensiyalar və strategiyalar, həmçinin gənclərin inkişafı məsələləri və Fit for life layihəsi (“Həyat üçün idman”) müzakirə edilib.
Bakı Konqres Mərkəzində keçirilən konfransın açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış ediblər.
Bir cavab yazın