USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakıda, Heydər Əliyev Mərkəzində “ Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, hazırda ölkə iqtisadiyyatında özəl sektorun payı 86,5 faiz, məşğulluqda isə 78,1 faiz təşkil edir.
Musayev qeyd edib ki, dövlət tərəfindən özəl biznesin inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirilən işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. Sahibkarlığa dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsinin müsbət təsiri də vurğulanıb.
Bir cavab yazın