USD1,700,00%
EUR1,85–0,08%

Bakıda dəm qazının miqdarı artıb


 |  admin  | 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda dəm qazının miqdarı normadan 1,5 dəfə, azot oksidi (IV) 1,4 dəfə, Sumqayıtda isə azot oksidi (IV) 1,1 dəfə çoxdur. Dəm qazı, kükürd qazı və azot oksidinin (IV) miqdarını aşmasının əsas səbəbləri nəqliyyat axınının intensivliyi, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen amillərdir.

Atmosfer havasının keyfiyyəti sutka ərzində onun vəziyyətinə nəzarət edən avtomatik stansiyalardan istifadə etməklə gündəlik təhlil edilir. Stansiyalar Bakının Səbail, Xətai, Nizami, Nərimanov rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı