USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
“Gənclərə dəstək” layihəsi çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini təqdim ediblər. Səhnədə Üzeyir Ağazadə (fortepiano), Dövlətxan Mirzəyev (qarmon), Yusif Əsgərov, Əliəkbər Muradlı, Adem Eminli, Həsən Hüseynov, Orxan Sultanlı, Cabbar Paşazadə (tar) və Sənan Rafaeloğlu (ud) çıxış ediblər.
Konserti dirijor, Əməkdar Artist İlahə Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib. “Gənclərə dəstək” layihəsinin məqsədi gənc istedadlı azərbaycanlı musiqiçilərə dəstək olmaqdır.
Bir cavab yazın