USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi paytaxtda Gənc Sahibkarların IV Forumunun keçirilməsi barədə məlumat yayıb. Tədbir noyabrın 17-də Bakı Kiçik və Orta Biznes Evində Azərbaycan Gənclər Fondunun və KOBİA-nın dəstəyi ilə keçiriləcək.
Tədbir Ümumdünya Sahibkarlıq Həftəsi çərçivəsində baş tutacaq. Ölkə həyatında baş verən digər mühüm tədbirlər kimi, forum da ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə ölkədə elan edilmiş “Heydər Əliyev ili”nə dəstək məqsədilə keçirilən tədbirlər sırasındadır. Forumda sahənin inkişafı ilə maraqlanan gənclər bir araya gələcək, bunun üçün təcrübəli mütəxəssislər və dövlət rəsmiləri müzakirələr aparacaqlar.
Bir cavab yazın