USD1,700,00%
EUR1,85–0,08%

Bakıda “Günay” Uşaq Teatr-Studiyasının yubileyi keçirilib


 |  admin  | 

Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa zalında Bakı Uşaq və Gənclər Teatrının “Günay” Uşaq Teatr-Studiyasının 20 illik yubileyi qeyd olunub. Azərbaycanın xalq artisti Hacı İsmayılov teatra fəxri fərman təqdim edib. Mədəniyyətşünas Fuad Məmmədov da teatr kollektivini əlamətdar tarix münasibətilə təbrik edib.

Yubileydə Bakı Uşaq Teatrı adından rejissor və aktrisa İlhamə Əhmədova, yazıçı Vüqar Haqverdiyev və rejissor Natalya Jironkina çıxış ediblər. Azərbaycan Rusdilli Müəllimlər Assosiasiyasının sədri Lyubov Yakunina və Rusiya Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova da kollektivi təbrik ediblər. Bundan əlavə, tədbirdə Azərbaycanın xalq artisti Dina Tumarkina səsli təbrik yazıb. Rəsmi hissənin sonunda “Günay” teatrının artistləri “Çirkin ördək balası” tamaşasını nümayiş etdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı