USD1,700,00%
EUR1,85–0,08%

Bakıda İbrahim Həsənov və Ruhulla Həsənzadənin sərgisi açılıb


 |  admin  | 

Muzey Mərkəzinin paytaxtın Rəsm Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvləri, ata və oğul – İbrahim Həsənov və Ruhulla Həsənzadənin “Metamorfik bağlar: 70/30” adlı sərgisi açılıb. Bir anda iki yubileyə həsr olunub: bu il rəssam-heykəltəraş İbrahim Həsənovun 70, rəssam Ruhulla Həsənzadənin 30 yaşı tamam olur.

Sərgidə rəssam-heykəltəraş İbrahim Həsənovun 22 müasir heykəltəraşlıq və 28 rəsm əsəri və Ruhulla Həsənzadənin 30-35 rəsm əsəri nümayiş etdirilir. Ümumilikdə sərgidə 65 rəsm və 22 heykəl nümayiş etdiriləcək.

İbrahim Həsənov rəssam-xeyriyyəçi kimi tanınır. Onun xeyriyyə işləri arasında Qarabağ müharibəsi şəhidlərinin bir neçəsinin büstləri də var.

Ruhulla Həsənzadənin əsərləri Belçika, Rusiya və Türkiyədə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı