USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakının tarixi hissəsində – “İçərişəhər”də “Aşurxan Sarayı” universal tarixi kompleksinin təməlqoyma mərasimi olub. O, Bakı neft sənayeçisi və xeyriyyəçi Hacı İbrahim Əjdar-bek Aşurbəyova məxsus evdə tikiləcək. Layihənin büdcəsi 30 milyon avrodur.
Kompleksdə ölkə tarixi fonunda Aşurbəyovlar ailəsinin 1743-cü ildən başlayaraq tarixini əks etdirən ev-muzeyi yaradılacaq. İdeya müəllifi bu ailənin nəslindən olan rusiyalı alim və milyarder İqor Aşurbəylidir. Kompleksdə muzeylə yanaşı, butik otel, həmçinin mühazirələr və xüsusi tədbirlərin keçiriləcəyi tədbir zalı fəaliyyət göstərəcək. Layihənin başa çatdırılması iki ildən çox vaxt aparacaq.
Bir cavab yazın