USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Paytaxt Muzey Mərkəzində daun sindromlu gənc rəssam Məryəm Ələkbərlinin “47” adlı sərgisinin açılışı olub. Bu anomaliya ilə insanda standart 46 deyil, 47 xromosom var. Mərkəzin ilk üç zalında Məryəmin son illərdə çəkdiyi düz 47 rəsm var. Beş zalda ümumilikdə 75 əsər nümayiş etdirilir.
Sərginin açılışında xalq artistləri Ömər Eldarov və Fərhad Xəlilov və Fransadan gələn qonaqlar çıxış ediblər.
Məryəm Ələkbərlinin əsərləri bütün dünyada sərgilənir və Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Fransa, Belçika, ABŞ, Rusiya və digər ölkələrdə müxtəlif şəxsi kolleksiyalarda saxlanılır. Onun rəsmlərindən ibarət albomlar bir neçə dildə buraxılıb, dünya mediasında rəssam haqqında çoxsaylı materiallar və hekayələr yayımlanıb.
Bir cavab yazın