USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu yaxınlarda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsert Azərbaycanın xalq artisti Nəriman Məmmədovun (1928-2015) yaradıcılığına həsr olunub. Burada Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental kompozisiyasının müşayiəti ilə görkəmli bəstəkarın əsərləri səsləndirilib.
Nəriman Məmmədov “Umay” baletinin və Tofiq Bakıxanovla birgə yazdığı ” Altı qızın biri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyalarının müəllifidir. Onun solistlər, xor, xalq orkestri və simfonik orkestrləri üçün əllidən çox klassik əsəri, romansları, dramatik tamaşalar üçün musiqisi, həmçinin Azərbaycan musiqi folkloru mövzusunda məqalə və kitabları var.
Bir cavab yazın