USD1,700,00%
EUR1,85–0,08%

Bakıda rəsm müsabiqəsi keçirilib


 |  admin  | 

Həftəsonu Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid 2024” incəsənət müsabiqəsi keçirilib. Burada paytaxtdan və ölkənin regionlarından müxtəlif yaşda olan uşaqlar iştirak ediblər. İştirakçılar folklor, klassik və estrada musiqisi janrlarında və incəsənətin bir neçə növü üzrə: mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya, moda üzrə istedadlarını nümayiş etdiriblər.

Münsiflər heyətinin tərkibinə əməkdar və xalq artistləri, ölkənin əməkdar xadimləri qatılıblar. Tədbir Azərbaycan Gənclər Birliyi və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil olunub. Layihənin təsisçisi, Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov müsabiqənin ölkənin istedadlı uşaq və gənclərinin dəstəklənməsi və özünü təkmilləşdirməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı