USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanın paytaxtında qarışıq döyüş növləri üzrə Rizin Landmark 7 turniri keçirilib. Mehman Məmmədov 57 kq çəki dərəcəsində, Tofiq Musayev isə 71 kq çəki dərəcəsində nokautla qalib gəlib. Təəssüf ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Kərəmov çempionluq kəmərini qoruya bilməyib.
Maraqlıdır ki, bu MMA turniri Yaponiyadan kənarda ilk dəfə keçirilirdi.
Tofiq Musayev üçüncü raundda rəqibini nokaut edərək yaponiyalı Koji Takeda üzərində inamlı qələbə qazanıb. İdmançı qələbəsini 44 günlük Qarabağ müharibəsində həlak olan şəhidlərə həsr edib. Mehman Məmmədov yekdilliklə Türkiyəni təmsil edən Ferit Göktəpəyə qalib gəlib.
Bir cavab yazın