USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Oktyabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycanın “qızıl səsi” Səxavət Məmmədovun 70 illik yubileyi şərəfinə xanəndələrin repertuarından mahnı və təsniflərdən ibarət konsert keçiriləcək. Orada Azərbaycanın əməkdar artisti Firuz Səxavətin rəhbərliyi ilə “Qarabağ” ansamblı çıxış edəcək.
Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdalğülalı kəndində anadan olub. 1976-cı ildən “Hümayun” xalq çalğı alətləri ansamblının solisti, 1989-cu ildə isə “Qarabağ” ansamblını yaradıb. 1991-ci il sentyabrın 30-da xanəndə avtomobil qəzasında faciəvi şəkildə dünyasını dəyişdi.
Səsinin bənzərsiz tembrinə görə Səxavət Məmmədova “Qarabağ bülbülü” ləqəbi verilib. Onun ifa etdiyi muğamlar milli musiqi sənətinin qızıl fonduna daxildir.
Bir cavab yazın