USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Paytaxtın QGallery rəsm qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Təranə Seyidin “Rənglərin sehri” adlı fərdi sərgisi açılıb. Burada rəssamın palitra bıçağı texnikasından istifadə etməklə hazırladığı otuza yaxın rəsm əsəri təqdim olunur. Əvvəllər onun əsərləri ABŞ, Fransa, İtaliya, Türkiyə, Avstriya və digər ölkələrdə sərgilənib. Tədbirdə xalq artistləri Səlhab Məmmədov, Arif Hüseynov, eləcə də əməkdar artist Ziyadxan Əliyev çıxış ediblər.
Rəssamın sözlərinə görə, o, realizm və impressionizm janrında əsərlərini palitra bıçağından – qurudulmuş boya qalıqlarını qarışdırmaq və ya çıxarmaq üçün alətdən istifadə edərək yaradır. Nəticə böyük ştrixlərlə hazırlanmış müxtəlif vizual effektləri olan canlı şəkillərdir.
Bir cavab yazın