USD1,700,00%
EUR1,85–0,08%

Bakıda Tofiq Ağababayevin sərgisi keçirilir


 |  admin  | 

Yanvarın 10-dək Azərbaycan Milli İncəsənət Muzeyində “Şöhrət” ordenli, Xalq Rəssamı Tofiq Ağababayevin 95 illik yubileyinə həsr olunmuş “Zamanla dialoq” adlı fərdi sərgi açılır. Sərgidə sənətkarın yaratdığı 50-yə yaxın sənət əsəri, o cümlədən Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Xəzər” Muzey Mərkəzinin kolleksiyasından rəsm və qrafika əsərləri, şüşə və keramikadan dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir.

Eksponatlar arasında Şah İsmayıl Xətai, general Əliağa Şıxlinski, Məhəmməd Füzuli, İlyas Əfəndiyev, Rasim Babayev, İzzət Orucova kimi müxtəlif dövlət, ədəbiyyat, incəsənət və elm xadimlərinin portretləri, eləcə də Abşeron mənzərələri, folklor motivli rəsmlər, “Azərbaycan lirikası” keramika triptiki yer alıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı