USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
İyulun 21-də, saat 18:30-da Sea Breeze-də Azərbaycanın və dünyanın tanınmış artistlərinə, musiqiçilərinə, aktyorlarına və rəssamlarına həsr olunmuş “Ulduzlar alleysı”nın açılış mərasimi keçiriləcək. Britaniyalı musiqiçi Engelbert Humperdinck öz ulduzunu fərdi avtoqrafla açan ilk şəxs olacaq. İyulun 22-də isə o, Azərbaycanın xalq artisti Emin Ağalarovun solo konsertində çıxış edəcək.
Engelbert Humperdinck 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsində çıxışı çərçivəsində Bakını ziyarət edib. O, 50 ildən artıqdır ki, səhnədə çıxış edir, bu müddət ərzində onun 140 milyondan çox diski, o cümlədən 64 qızıl və 35 platin albomu satılıb və müğənni həmçinin dörd Qremmi və Qızıl Qlobus mükafatlarına namizəd olub. Engelbert Humperdinck Elvis Presley ilə dost idi və onlar tez-tez bir-birlərinin mahnılarını ifa edirdilər.
Bir cavab yazın