USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Avqustun 28-də saat 14.00-da paytaxtın “Xətai” İncəsənət Mərkəzində “Təbiətimizin sovqatı” uşaq rəsmləri respublika müsabiqəsinin “ Necə bir təbiəti qoruma nişanı asardım!” mövzusunda yekun sərgisi açılacaq. Müsabiqəyə ölkənin hər yerindən 10-17 yaş arası 700-ə yaxın iştirakçının 800-dən çox işi göndərilib. Sərgidə 152 seçilmiş rəsm nümayiş etdiriləcək.
Sərgi iştirakçılarına sertifikatlar, 30 ən yaxşı əsərin müəlliflərinə isə xüsusi mükafatlar təqdim olunacaq.
“Təbiətimizin sovqatı” müsabiqəsi azərbaycanlı uşaq və gənclərin yaradıcılığını həvəsləndirmək, onların ekoloji mövzularda maarifləndirilməsi məqsədilə təşkil olunub.
Bir cavab yazın