USD1,700,00%
EUR1,85–0,08%

Bakıda yeni yol radarı sınaqdan keçirilir


 |  admin  | 

Azərbaycanın Daxili İşlər Nazirliyi Bakıda yeni yol radarını sınaqdan keçirir. Cihaz 8 Noyabr prospektində quraşdırılıb. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Ələsgərlinin sözlərinə görə, Azərbaycanda belə radarlardan istifadə qurğunun texniki xüsusiyyətlərinin qiymətləndirilməsindən asılı olacaq.

Yoxlanılan yol radarının digərlərindən fərqi yenilənmiş müasir dizaynda və təkmilləşdirilmiş texniki xüsusiyyətlərindədir. Yeni cihaz eyni vaxtda üç funksiyanı yerinə yetirmək imkanına malikdir: hərəkət sürətini, dövlət nömrə nişanlarını tanımaq və müşahidə kamerası kimi istifadə etmək. Bundan əlavə, radar oğurlanmış və axtarışda olan avtomobilləri müəyyən edə və bu məlumatı mərkəzə göndərə bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı