USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Sentyabrın 1-də kürütökmə ilə əlaqədar mayın 1-dən balıq ovu ilə bağlı tətbiq edilən moratoriumun müddəti başa çatıb. İndi sənaye balıqçılığı ilə məşğul olmaq istəyənlər Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ASAN mərkəzində yerləşən pəncərəsində müvafiq icazə ala bilərlər. Balıqçıların qayıqları bütün qaydalara uyğun olaraq qeydiyyata alınmalı və tutulan balıqlar və digər su bioresursları gündəlik qeyd edilməlidir.
Sənaye balıq ovu zamanı qanunla qadağan olunmuş kimyəvi, zəhərli və partlayıcı maddələrdən, ov alətlərindən (sintetik tor, elektrik cərəyanı, iti qarmaq) istifadə etmək qadağandır. Bu qaydaların pozulmasına və qanunsuz balıq ovuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə cinayət məsuliyyəti nəzərdə tutulur.
Bir cavab yazın