USD1,700,00%
EUR1,85–0,08%

Bir gözdə korluq


 |  admin  | 

Avropa Şurasının Parlament Assambleyası Laçın dəhlizindəki vəziyyət haqqında rezolyusiya qəbul edib. Sənəddə iddia olunur ki, Bakı münaqişənin müstəsna olaraq sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini pozub.

Avropa Parlamentariləri öz anti-Azərbaycan mövqeyini yenidən təsdiqlədi – AŞPA tərəfindən Laçın dəhlizinin bloka salınması haqqında qəbul edilən rezolyusiyanı başqa cür şərh etmək alınmır.

Birincisi, sənəddə o barədə deyilir ki, bu yol ilə sərbəst və təhlükəsiz şəkildə hərəkət etmək olmaz. İkincisi, rezolyusiyanın müəllifləri Azərbaycanı ermənilərə qarşı düşmənçilik ritorikasında ittiham edirlər, lakin bu zaman unudurlar ki, təhdidlərə ilk növbədə Ermənistan əl atır.

Aydın deyil, niyə rezolyusiya müəllifləri qərara gəliblər ki, Bakı vəziyyəti yerində qiymətləndirmək üçün guya faktlar toplamaq missiyası ilə Avropa Şurasının nümayəndə heyətinin regiona buraxılmasına razılıq verəcəkdir. Niyə görə Azərbaycan obyektiv qiymətləndirməyə hazır olmayanları qəbul etməlidir? Bu missiya artıq Azərbaycanla sərhəddə fəaliyyət göstərən missiya kimi faydasız olacaqdır. Yeri gəlmişkən, onu da ölkəmizin razılığı olmadan yerləşdirmişdilər.

Maraqlıdır ki, Ermənistanın sərhədyanı vilayətlərinə səfər zamanı avropa müşahidəçiləri azərbaycanlılar tərəfindən hərəkətlərə yerli sakinlərdən şikayətləri toplayıblar. Müşahidəçilərin ağlına belə gəlməmişdir ki, yalnız bir tərəfin fikrinə qulaq asaraq, vəziyyət haqqında reallıqdan uzaq olan nəticələr əldə edə bilərdilər. Əgər bu qərəzlilik deyilsə, bəs nədir?

Rezolyusiyanın mətni açıq-aşkar yalan mesajlara əsaslanıb. Azərbaycan tərəfi ona 60 düzəliş etməyi təklif etmişdir, lakin hamısını rədd etmişdilər.

Qərb tərəfdən aşkar ədalətsizliklə Bakı ilk dəfə üzləşmir. Bundan əvvəl AŞPA artıq Azərbaycanın ünvanına birtərəfli bəyanatlar vermişdir.

İndi isə xatırlayaq, nə qədər tez-tez avropalılar Bakı və İrəvan arasında sülhə nail olmaq üçün öz səmimi istəklərini bildiriblər. O zaman niyə görə AŞPA vəziyyəti yenidən gərginləşdirir?

Rezolyusiya qəbul ediləndən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Bakı özünə qarşı qərəzsiz münasibət tələb edir.

 “Biz tələb edirik ki, ədalətə riayət olunsun. Biz tələb edirik ki, heç kim bizim daxili işlərimizə qarışmasın. Biz tələb edirik ki, bütün ölkələr bizim ərazi bütövlüyümüzə sözdə deyil, əməldə hörmət etsinlər, o zaman biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq”, – dövlət başçısı vurğulayıb. Bu sözlər AŞPA-nın birtərəfli rezolyusiyasına cavab kimi səsləndi.

Birdə müəmmalı olaraq qalır ki, niyə görə Azərbaycanın Assambleyadakı nümayəndələrindən biri, REAL partiyasından deputat Erkin Qədirli, Avropa parlamentariləri qarşısında heç bir şəkildə ölkəmizi müdafiə etmir. Məgər o AŞPA-da bununla məşğul olmalı deyil? Belə çıxır ki, o, dövlət hesabına sadəcə şıqlıq edir?

Comments (1)

  • Əliyeva elmira teymur gızı

    Belə bir yanaşmadan sonra AŞPA nın hagg ədalətinə necə inanmag olar.insan sual edər Azərbaycanın hansı bir mənfi hərəkətini görüb belə şərlər yaxırlar?İşimiz galıb allaha bəlkə ədaləti bərpa etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı