USD1,700,00%
EUR1,85–0,08%

BİRGƏ İQTİSADİ MƏKANA DOĞRU


 |  admin  | 

Bakida keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumu iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsi prosesində əhəmiyyətli addım oldu. Sayca on birinci olan bu forumun xüsusiyyəti, şübhəsiz ki, dünya iqtisadiyyatının yaşadığı, əsas trendin əməkdaşlığın regional vektoruna tələbin güclənməsi və fraqmentasiyası olduğu yeni reallıqlarıdı.

Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələr aktiv şəkildə inkişaf edir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 12%-dən çox – $2,9 milyarda kimi artmış, cari ilin 10 ayında isə artıq $2,8 milyarda çatmışdır. Rusiya Azərbaycan iqtisadiyyatına $6 milyarddan çox, Azərbaycan Rusiya iqtisadiyyatına $1 milyarddan çox investisiya qoymuşdur.

Bu göstəricilərin böyük potensialı vardır. Son üç onillik ərzində zəngin təbii resurslara malik hər iki ölkə, əsasən Avropa bazarlarına yönəlmişdir. Münasib qiymət konyukturası onlara valyuta cəlb etmək imkanı vermişdir, hansı ki, qlobal əmək bölgüsündə və “ümumi rifahda” adekvat iştirak illüziyası yaratmışdır. 

Təəssüf ki, ölkəmizin ekspert dairələrində çox insan var ki, dünya iqtisadiyyatında və siyasi meydanda baş verən hazırkı hadisələrin qısamüddətli və dəyişdirilə bilən xarakterə malik olduğunu düşünür. Bu təəccüblü deyildir, axı söhbət təhsil proqramları və iqtisadi və siyasi fənlər üzrə mütəxəssislərin hazırlanması sistemindən gedir, hansılar ki, məhs son otuz ildə formalaşdırılmışdır.

Buradabbir dünya valyutası və bir ölkənin hegemoniyası şəraitində adekvat inkişafın qeyri-mümkünlüyü ilə bağlı dünya iqtisadiyyatında dərin tənasübsüzlükləri və geri dönməz böhran hadisələri baxımından seçmə korluq fenomeni yaranır. Bunun əvəzinə biz bütün problemləri Amerika kağızları müqabilində məhsul və xidmətlərin istehsalının zərurəti ilə dünyanı üz-üzə qoyan liberal elitaya deyil,  ya COVID-19, ya Rusiya, ya da digər fors-major hadisələrlə əlaqələndirmək cəhdlərini görürük.

Bunun sonunun gəldiyinə inamaq istəyirəm, çünki texnoloji və iqtisadi inkişafın obyektiv qanunauyğunluqları inamlıqla deməyə imkan verir ki, birgə gündəm formalaşdırmadan regionda rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq qeyri-mümkün olacaqdır.

Kifayət qədər məntiqlidir ki, forumun leytmotivi Rusiya Federasiyası iqtisadi inkişaf naziri M.Reşetnikovun “Moskva və Bakı ənənəvi ticarət əməkdaşlığından birgə iqtisadi məkanın qurulmasına keçid etməlidir” tezisi olmuşdur.

Düşünürəm ki, bu tezis növbəti onilliklər üçün Azərbaycan və Rusiya arasında iqtisadi gündəmin zəruri gələcək vektorunu tam dəqiqliklə ifadə edir. Çünki məhz birgə iqtisadi məkan effektiv və dayanıqlı formatda texnoloji əməkdaşlığı həyata keçirməyə, əmək bazarını genişləndirməyə, humanitar istiqamətdə inteqrasiyanı dərinləşdirməyə, elm və təhsil sistemində birgə gündəmi inkişaf etdirməyə imkan verəcəkdir. Təbii ki, bunun üçün birgə birbaşa investisiyaları təmin edən maliyyə infrastrukturunun formalaşdırılması üzrə müvafiq həllərə çıxış imkanı əldə etmək lazımdır. 

Şübhəsiz ki, forumda da qeyd olunduğu kimi, nəqliyyat və logistika tərkib hissələri daha intensiv şəkildə Rusiya-Azərbaycan məhsullarının çatdırılması üçün işləməlidir. Rusiya iqtisadi inkişaf naziri bildirdi ki, “ixrac və idxalın yenidən istiqamətinin müəyyən edilməsi ilə yaxın illərdə Azərbaycandan idxal 85%, Azərbaycana ixrac isə 81% arta bilər”, bu isə sevindirici haldır. 

Həmçinin forum meydanında Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi M.Şvıdkovun çıxışı da diqqət çəkdi. O,  Rusiya və Azərbaycan təhsil sistemləri arasında daha sıx əlaqələrin vacibliyini vurğuladı. Düşünürəm ki, qarşılıqlı olaraq təhsil proqramları və ölkələrimizin müvafiq standartlarının bir-birindən uzaqlaşmasının məhvedici effektini hökumət səviyyəsində başa düşüldüyünü nümayiş etdirir.

Bununla əlaqədar Azərbaycan elm və təhsil nazirinin müavini F.Qurbanovun forumdakı çıxışını vurğulamaq lazımdır, o bildirdi ki, bütün ünsiyyət quranların sayı üzrə dünyanın əsas ünsiyyət dillərindən biri olan rus dili Azrbaycan da aktiv şəkildə öyrənilir. Onun sözlərinə görə, rus dili üç mindən çox yerli məktəbdə tədris olunur. Bundan əlavə, o, Azərbaycanın ali məktəblərində tədris dili kimi istifadə olunur. Fikrimcə, bu amil dövlətlərimizin gələcəkdə təhsil proqramlarının və müvafiq standartlarının yaxınlaşması üçün əlavə imkanlar verir. Ancaq bununla birlikdə unutmaq olmaz ki, dilin öyrənilməsi, dövlətlərin təhsil sistemlərinin yaxınlaşması üçün lazım olan istiqamətlərdən yalnız biridir, yeganə istiqamət deyil. Bundan əlavə ali məktəblər, həmçinin təkcə təhsil sahəsində deyil, elmi sahədə də əməkdaşlığı inkişaf etdirmək lazımdır.

Həmçinin forumun yekunlarına əsasən, Rusiya Hökumətinin rəhbəri M. Mişustin tərəfindən sadalanan iki ölkə arasındakı iqtisadi əməkdaşlıq sahələrini qeyd etmək yerinə düşərdi: sənaye, nəqliyyat, gəmiqayırma, kənd təsərrüfatı, investisiyalar, rəqəmsal transformasiya. 

Hesab edirəm ki, forumun yekunları bir daha aşağıdakıları nümayiş etdirdi: birgə iqtisadi məkanın formalaşdırılmasına yönələn siyasətin həyata keçirilməsi, ölkələrimizin texniki-iqtisadi inkişafının strateji planlaşdırılması mexanizmlərinin tətbiq olunması milli iqtisadiyyatlarımızın rəqabət qabiliyyətinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə kömək etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı