USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Qərb ölkələri şəxsi varlanmaları üçün açıq şəkildə üçüncü dünya dövlətləri və Aİ-yə daxil olmaq istəyənləri istifadə edir və onların arxasında gizlənirlər. Lakin vəziyyət gərginləşən zaman Vaşinqton və Brüssel öz tərəfdaşlarının müdafiəsinə qalxmağa tələsmirlər.
Son həftələr Qərb RF-nı taxıl əqdindən çıxdığına görə sərt şəkildə tənqid edir. Vaşinqton və Brüssel Moskvanın üzərinə qəzəb qasırğası tökür və Ukrayna ixracatçıların maraqlarını şiddətlə müdafiə edir. Düzdür, yalnız sözdə.
Ukraynayönlü ritorikaya baxmayaraq, ABŞ, Almaniya və Böyük Britaniya RF ilə konfrontasiyaya girməyə risk etmirlər. Onların heç biri taxıl daşıyıcılarını Moskva tərəfdən zəmanət almadan müşayiət etməyə qəbul etməyib. Rusiya öz xarakterini nümayiş etdirən kimi məlum oldu ki, Vaşinqton və Brüssel Kiyevdən olan müttəfiqlərinə və dostlarına görə hərəkət etməyə hazır deyillər.
Ağ Evin nümayəndəsi Con Kirbi bildirib ki, ABŞ taxıl əqdi pozulduqdan sonra Ukraynadan kommersiya gəmilərini müşayiət etmək üçün hərbi gəmilər göndərməyəcəkdir: “Mövcüd olan yeganə seçim quru, dəmir yolu, yük nəqliyyatı ilə daşımaqdır”.
Və bu cür davranış Qərb üçün tipikdir, hansı ki, istənilən vəziyyətə yalnız öz maraqları prizmasından baxır. 2008-ci ildə Gürcüstanın dəstəyini xatırlamaq kifayətdir, nə zaman ki, ABŞ və Aİ statistlər rolunda çıxış etdilər, yalnız bir sıra pisləyici bəyanatlar verərək, ikinci Qarabağ müharibəsindən əvvəl avropalıların və amerikalıların Qarabağla bağlı mövqeyini, həmçinin Amerika tərəfindən Türkiyəyə müharibə elan etmiş və qardaş ölkədə silsilə terror aktlarının arxasında duran Suriya kürdlərin dəstəyini bildirərək.
Həmçinin məsələnin daha bir hissəsinə də baxmaq alınmalıdır, məhz əsas taxıl daşınmalarının hara getdiyi.
Əsas benefisiarlar qidaya həqiqətən ehtiyacı olan ölkələr deyil, iqtisadiyyatı inkişaf etmiş dövlətlər olmuşdur. Belə ki, BMT-nin məlumatına görə, taxıl əqdi Kiyevə 33 milyon tona yaxın taxıl ixrac etməyə imkan verib. Bu zaman əqd çərçivəsində təxminən 8 ton (24%) Ukrayna kənd təsərrüfatı məhsulları Çinə ixrac edilib. Taxıl alanların ilk beşliyinə həmçinin kifayət qədər inkişaf edən İspaniya (5,9 milyon ton, 18%), İtaliya (2 milyon ton, 6%) və Hollandiya (1,9 milyon ton, 6%) daxil olmuşdur. Gördüyümüz kimi, Ukraynanın kənd təsərrüfatı məhsulları ixracının əsas həcmi Aİ ölkələrinin payına düşüb (38%), Asiya, Afrika və Latın Amerikasının ən kasıb ölkələri bütün tədarüklərdən yalnız 2,3% alıb.
Möhtərəm Prezidentimiz İlham Əliyevin bu yaxınlarda Çin media korporasiyası “China Media Group”-a verdiyi müsahibəsində dediyi kimi, hazırkı mənzərə tam olaraq koronavirus vaksinləri ilə bağlı vəziyyəti xatırladır: “Qərbdə elə ölkələr var idi ki, ehtiyaclarından beş dəfə çox peyvənd ehtiyatı saxlayırdılar. Öz peyvəndlərini istehsal edə bilməyən və onlara çata bilməyən ölkələri peyvənd etmədən tərk etdilər. Yəni, onlar, necə desək, peyvənd millətçiliyini nümayiş etdirdilər”.
Bununla əlaqədar sual yaranır: belə bir taxıl sövdələşməsi lazımdırmı və ya kənd təsərrüfatı məhsullarının ehtiyacı olanlara çatdırılması üçün yeni mexanizm, yeni dünya nizamı lazımdır?
Bir cavab yazın