USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Həştərxanda keçirilən VIII Xəzər Media Forumunun iştirakçıları ictimai diplomatiya və sosial medianın xalqları bir-birinə yaxınlaşdırmağa məhz necə kömək etdiyini dəqiq öyrəndilər. Bu forumda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan nümayəndə heyətləri, o cümlədən Belarus, Özbəkistan, Qırğızıstandan olan ekspertlər – ümumilikdə 500-dən çox qonaq iştirak etmişdir.
Forumda regional media ictimaiyyətinin nümayəndələri xalq diplomatiyasının alətlərini müzakirə etmiş, bir-biri ilə qarşılıqlı əlaqənin yeni yollarını təklif ediblər.
Forumun keçirilməsi üçün Həştərxanın seçilməsi təsadüfi deyildi – bu şəhər Xəzər dənizinin əsl paytaxtına çevrilir. Regiondan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi keçir ki, bu da Azərbaycan və Rusiya arasında yükdaşımaların və ticarət dövriyyəsinin ilbəil artmasına töhfə verir. Nəzərinizə çatdıraq ki, “Şimal-Cənub” BND də Azərbaycan ərazisindən çəkilir ki, bu da tranzit daşımalardan ölkəmizin büdcəsinə əlavə gəlir gətirir.
Həştərxan vilayəti Xəzər regionu ölkələri ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Xəzər Media Forumunun nümayəndə heyətləri rəhbərlərinin görüşündə çıxış edən Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin sözlərinə görə, bu ərazilər arasında uğurlu münasibətlərin zəmanəti ümumi tarix, ənənəvi dəyərlərə sadiqlik və milli mədəniyyətin diqqətlə qorunmasıdır.
Media mehriban qonşuluq münasibətlərinin inkişafında fəal iştirak edir. Forum iştirakçıları Xəzər regionunda bütün nəşrlər üçün aydın qaydaları olan vahid informasiya məkanının yaradılması təklifi ilə çıxış ediblər. Bu, gündəmi yerli mədəni ənənələrin aşınmasına səbəb olan Qərb kütləvi media vasitələrinin təsirinə daha effektiv müqavimət göstərməyə imkan verəcəkdir.
Media forumunda iştirak edən ölkələrdən Həştərxanla ən sıx əlaqələrə malik ölkə Azərbaycandır. Rusiyanın bu şəhərində ötən əsrin əvvəllərində Azərbaycan qəzetləri nəşr olunurdu ki, bunun sayəsində yerli sakinlər jurnalistika və müəlliflərimizin digər əsərləri ilə tanış ola bilirdilər. Bu barədə forumda ölkə nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov məlumat vermişdir.
O, həmçinin xatırladıb ki, artıq bizim dövrümüzdə Azərbaycan ilə Rusiya regionu arasında məhsuldar əməkdaşlıq iki ölkə rəhbərinin şəxsi münasibətləri sayəsində inkişaf edib. Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb, şəhər məktəblərindən biri onun adını daşıyır. Bu il Həştərxan vilayətində ölkəmizin üçüncü prezidentinin anadan olmasının 100 illiyinə həsr olunmuş bayram tədbirləri keçirilib.
Həştərxanda Azərbaycan Biznes Mərkəzi fəaliyyət göstərir ki, bu da bizim sahibkarlarla rusiyalı sahibkarlar arasında əlaqələrin qurulmasına kömək edir.
Forum çərçivəsində Bakıdan gələn nümayəndə heyətini Həştərxan vilayətinin qubernatoru qəbul etmişdir. İşçi görüşün iştirakçıları respublikanın regionla ikitərəfli əməkdaşlığını müzakirə etmiş, Azərbaycan və Həştərxan mediasının bundan sonra da uğurlu tərəfdaşlığına əmin olduqlarını bildirmişlər.
quod natus officiis incidunt sit sit quis reiciendis exercitationem. ea est velit enim eum exercitationem. dolor esse deleniti ut sint eius ipsum iste veritatis vero cumque sint quis qui. suscipit est