USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu həftə Azərbaycanın Daşkəsən rayonu ərazisində dolu ilə müşayiət olunan güclü yağışlar nəticəsində rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib. Daşkəsən şəhərində dayaq divarlarının çox hissəsi, yol infrastrukturu, elektrik xətləri və rabitə xətləri zədələnib. Şəhərin mərkəzi küçəsinə düşən sel fərdi yaşayış evlərinin bünövrəsini aşıb.
Kənd yerlərində yığılan palçıq və yıxılan iri qaya parçaları yollarda hərəkətin dayanmasına səbəb olub.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə Daşkəsən rayon rəhbərliyi məşğul olur.
Bir cavab yazın