USD1,700,00%
EUR1,85–0,08%

Digər titullu azərbaycanlı cüdoçu karyerasını başa vurduğunu açıqlayıb


 |  admin  | 

66 kq çəki dərəcəsində çıxış edən dəfələrlə Dünya və Avropa çempionu Orxan Səfərov karyerasını başa vurduğunu açıqlayıb. İdmançının sözlərinə görə, son vaxtlar o, daha çox zədə almağa başlayıb və buna görə də davam etməyə həvəsi yoxdu. 32 yaşlı cüdoçu daha sonra məşqçiliklə məşğul olmaq üçün yerli cüdo akademiyasına daxil olmağı planlaşdırır.

Orxan Səfərov 2013-cü ildə bürünc, 2017-ci ildə gümüş, 2020-ci ildə isə Avropa çempionatının qalibi olub. Bundan başqa, Azərbaycan çempionu 2016-2017-ci illərdə qitə birinciliklərinin müvafiq olaraq gümüş və bürünc mükafatçıları olub. Hazırda Orxan dünya üzrə 18-ci, olimpiya reytinqində isə 28-ci yeri tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı