USD1,700,00%
EUR1,85–0,08%

Dolu ambarlar


 |  admin  |  ,

Son bir neçə ildə dünyada aclıq problemi kəskin şəkildə gərginləşib. Qlobal ərzaq böhranı təhlükəsi fonunda Azərbaycan üçün ərzaq ixrac edən ölkələrlə müttəfiqlik münasibətlərinin dəstəklənməsi həmişəkindən daha vacibdir.

İnkişaf etmiş kənd təsərrüfatına baxmayaraq, Azərbaycan ərzaq tələbatının yalnız bir hissəsini ödəyir: məhsulların əhəmiyyətli hissəsini xaricdən idxal etmək lazımdır. Belə ki, 2023-cü ilin ilk beş ayında Azərbaycanın aqrar məhsullarının idxalı 5,3 %-dən çox artıb və təxminən 1 milyard dollara çatıb.

İlk növbədə söhbət taxılın alınmasından gedir – bizim ölkəmiz onlara olan daxili tələbatı orta hesabla yalnız 60% ödəyir. Ona görə də biz dünya bazarında taxılın qiymətinin dəyişməsindən asılıyıq.

Belə ki, 2022-ci ilin əvvəlində Azərbaycanda çörəyin, onun ardınca isə digər ərzaq məhsullarının kəskin şəkildə artıb. O zaman bu problemi həll etmək üçün ölkəmizdə buğda idxalını artırıblar. 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 268 min tondan çox buğda idxal edilib. Ənənəvi olaraq, əsas tədarüklər bazarı Azərbaycan üçün ən yaxın və sərfəli olan Rusiyaya gəlirdi. Belə ki, bu mövsümda Azərbaycan RF-dan artıq 1 milyon tondan çox taxıl alıb.

Bundan başqa, bu yay Azərbaycanda şəkər qıtlığı yaranıb. Bizim ölkəmizdə hətta şəkər tozunun satışına məhdudiyyətlər qoyublar – adambaşına 5 kq-dan çox olmamaqla. Gələcəkdə oxşar problemlərin təkrarlanmaması üçün əvvəlcədən idxalı artırmaq olar. Tədarükün həcmlərini artırmaq üçün həmçinin bu məhsulun ən əsas tədarükçülərdən biri Rusiya kömək edə bilər.

Azərbaycan da öz növbəsində RF bazarına meyvə, tərəvəz və qoz-fındıq ixrac edir. Keçən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükünün məbləği 375 milyon dolları ötüb. Kənd təsərrüfatında çalışan 3,5 milyon insanın – ölkəmizin əhalisinin üçdə birindən çoxunun gəlirləri RF-na aqrar məhsullarının ixracından asılıdır.

Bizim ölkəmiz RF-nın ayrı-ayrı regionları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Yeni bazarlara çıxış Azərbaycan sahibkarlarının gəlirlərini, deməli, milli aqrar-sənaye kompleksinin işçilərinin rifahını artırır.

Keçən ilin fevralında Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putin Müttəfiq Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamə imzalayıblar. Bu sənəd çərçivəsində Moskva Bakını bitkiçilik məhsulları, ilk növbədə taxıl və paxlalı bitkilərlə təmin edəcəkdir.

Müttəfiq sazişlər sayəsində Azərbaycan üçün ərzaq riskləri azalıb. Rusiyanın dost ölkələrə aqrar ixracının yenidən istiqamətləndirilməsini nəzərə alaraq, Bakı və Moskva kənd təsərrüfatı məhsullarının ticarətinin genişləndirilməsi üzrə böyük potensiala malikdirlər.

Ərzaq qiymətlərinin artmasına və gözlənilən qıtlığa qarşı daha da böyük müdafiəni Avrasiya inteqrasiyası təmin edə bilər. Dünya böhranına baxmayaraq, Aİİ ölkələrində kənd təsərrüfatı məhsullarının qiymətləri iyun ayında 2022-ci ilin dekabr ayı ilə müqayisədə 3,4%-dək aşağı düşüb. Müqayisə üçün: hazırda Azərbaycanda ərzaq inflyasiyası 15%-i ötür. Belə fərq – yaxınlaşmanı sürətləndirmək üçün əsaslı bir arqumentdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı