USD1,700,00%
EUR1,85–0,08%

Əhali silahı təhvil verir


 |  admin  | 

Azərbaycan Daxili İşlər Nazirliyinin ölkə əhalisinin saxladığı silah-sursatın könüllü təhvil verilməsi kampaniyası çərçivəsində vətəndaşlar qeydiyyatsız silahların təhvil verilməsinə fəal başlayıblar. Son 10 ayda polis 331 silah, o cümlədən pulemyot, tapança və ov tüfəngi alıb. Onların hamısının cinayətlərdə istifadə olunması yoxlanılır.

İlk dəfə deyil ki, Daxili İşlər Nazirliyi vətəndaşları qeyri-qanuni saxlanılan silahları cinayət məsuliyyətinə cəlb etməyəcəklərini vəd etməklə könüllü olaraq təhvil verməyə çağırır. Qeydiyyatsız silah aşkar edildikdə, onun sahiblərini 320 saatdan 400 saata qədər ictimai işlər, iki ilədək müddətə islah işləri, habelə məhdudlaşdırma və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı