USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan vətəndaşlarının nominal gəlirləri 2022-ci illə müqayisədə 12,8% artaraq 78,05 milyard manat təşkil edib. Adambaşına düşən gəlirlər ötən il 12,2 faiz artaraq 7686,9 manat təşkil edib. Pərakəndə ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.
Ev təsərrüfatlarının xərcləri də artıb. 2023-cü ildə ölkə vətəndaşları ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 59 milyard manat, qeyri-ərzaq mallarına isə 26 milyard manat xərcləyib. Pərakəndə satış şəbəkəsində xərclənən vəsaitin yarıdan çoxu qidaya yönəldilib. 8,4 milyard manatı geyim və ayaqqabılara, 2,7 milyard manatı isə mebel, kompüter və elektron məmulatların alınmasına xərclənib.
Bir cavab yazın