USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
İstənilən dəyərlər onları zorla tətbiq edəndə, dağıdıcı ola bilər. Və yad mədəniyyət normaları nə qədər şübhəli görünərsə, bir o qədər çox onlar zərər yetirirlər. Yeni materialda Qərb dövlətlərinin ölkəmizin təməllərini necə sarsıtmağa cəhd etdiyindən danışırıq.
Qərb mədəniyyəti bizi hər yerdə əhatə edir. Biz Amerika seriallarına baxırıq, ingilisdilli KİM oxuyuruq, qərb şou-biznes ulduzlarının həyatından xəbərləri izləyirik. Lakin okeanın o tayından aqressiv şəkildə yayımlanan ideyalar həqiqətəndə o qədər yaxşıdırmı? Onlar cəmiyyətimizə necə təsir edir? Bu suallar narahat etməyə bilməz.
Belə ki, yalnız bu il Avropa İttifaqı, Avropa Şurası, USAİD və çoxsaylı QKT Azərbaycan mediasına öz “dəyərlərini”, məsələn, qeyri-ənənəvi münasibətləri təbliğ etmək üçün bir çox qrantlar ayırıblar.
ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin əməkdaşları daha da irəli gediblər və 17 mayda yalnız özlərində deyil, açıq şəkildə göy qurşağı bayraqları asıblar. Paytaxtın “Landmark” biznes mərkəzinin ərazisində, yəni ictimai məkanda LGBT simvolları olan bannerlər də əmələ gəlib. Bu aksiya – ölkəmizin tarixinə, adət-ənənəsinə və mədəniyyətinə tüpürməkdir.
Daha bir qərb cərəyanı – destruktiv sektalardır. Yehovanın Şahidləri, Yeddinci Günün Adventistləri və protestantizmin bir çox başqa istiqamətləri praktiki olaraq bütün ölkələrə, o cümlədən Azərbaycan da daxil olub, harada təxminən 15 belə icma var. İlahiyyatçı Rafiq Əliyevin sözlərinə görə, bu hərəkatların əksəriyyəti ilk əvvəl ABŞ və digər Qərb dövlətlərində yaranıb. Üstəlik bu dini-fəlsəfi istiqamətləri o qədər də zərərsiz deyillər: onlardan bəziləri təzə dönmüşləri onlara mülklərini verməyə məcbur edir, bəziləri isə ardıcıllarını intihara sövq edir.
Yabancı norma və qaydaları o cümlədən kütləvi informasiya vasitələri vasitəsilə yayımlanır. Qərb sosial şəbəkələri istifadəçilərə yalnız onlarda düzgün düşüncə tərzini formalaşdıran kontenti göstərir, bunu da Sky News Australia öz araşdırmasında təsdiqlədi.
Avstraliyalı jurnalistlərlə İlon Mask razıdır. “Facebook demək olar ki, bütün dünyada ictimaiyyəti manipulyasiya edir” – amerikalı milyarder bildirib.
Daha bir manipulyasiya aləti – qərb reytinq agentliklərindən “geridə qalan” adlandırılan ölkələrin siyahılarıdır. “Sərhədsiz Reportyorlar” QKT-nın təşəbbüsü ilə hər il dərc edilən “Mətbuat Azadlığı İndeksi”ndə Azərbaycan praktiki olaraq siyahının sonunda – rüsvayedici 154-cü yerdədir.
Və ILGA-Europe beynəlxalq assosiasiyasının reytinqinə görə ölkəmiz ən homofob dövlətlərdən biri kimi qələmə verildi ki, bu da ən-ənəmizi iblisləşdirmək üçün daha bir səbəb oldu. Ola bilsin ki, bəlkə də bu ən yaxşısıdır. Belə reytinqlərdə bizə yad olan mədəni normaları kor-koranə surətdə kopyalayaraq öz tərtibatçılarına yaltaqlanmaqdansa autsayder olmaq daha şərəflidir.
Təşəkkürlər dəyərli müəllif,çox konstruktiv yanaşmadır yəni oxuyucu müəllifin nə demək istəyini çox yaxşı başa düşür, milli dəyərlərmiz ümumbəşəri dəyərlərə üst üstə düşür məsələyə bünövrədən baxanda indi əxlaqsız dəyəri avropada ən üst pillədə yer alıb ,lakin tarixdə onların cəmiyyətində belə dəyərlərə ehtiraz edənlər çox olub.
Son 30 ildi cinsi azlıqlarar onların problemləri az qala yeni dünyada cinsi azlıq modeli dövləti və vətəndaşı yaradılsın bu qəbul edilməzdir!
Ulu yaradan Azərbaycan xalqına mübariz olmağı nəsib edib, Allah yolumuzu dəyişməsin! ✊🇦🇿