USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Füzuli şəhərinə köçürülmənin birinci mərhələsində iştirakçıların ünvanlarını müəyyən etmək üçün 144 ailə (509 nəfər) arasında püşkatma keçirilib. Ailələr tərkibinə uyğun olaraq 51 iki otaqlı, 76 üç otaqlı və 17 dörd otaqlı mənzillərlə təmin olunacaqlar. Tezliklə bütün ailələr Füzuliyə yola düşəcək.
Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən püşkatma mərasimində Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdəki (Şuşa rayonu istisna olmaqla) Xüsusi Nümayəndəliyinin əməkdaşları, Füzuli rayon İcra Hakimiyyəti və 144 ailənin hamısı iştirak etmişdir.
Bir cavab yazın