USD1,700,00%
EUR1,85–0,08%

Gəncədə istedad müsabiqəsinə start verilib


 |  admin  | 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncin gəncləri” layihəsinə start verilib. Tədbir fevralın 2-də qeyd olunan Azərbaycanda Gənclər Gününə təsadüf edir. Layihə çərçivəsində Gəncədə yaşayan və yaradıcılıqla məşğul olan istedadlı gənclər seçiləcək. Müsabiqə yanvarın 27-dək davam edəcək.

Müsabiqədə iştirak etmək üçün hər kəs şəxsi məlumatlarını və əsərlərinin fotoşəkillərini Filarmoniyanın Instagram sosial şəbəkəsindəki rəsmi səhifəsinə (ganja_philharmonic_hall) göndərə bilər. Layihənin nəticəsi olaraq gənc rəssamların, heykəltəraşların və fotoqrafların əsərlərinin təqdim olunacağı sərgi təşkil olunacaq. Əlavə məlumatı 0508733710 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı