USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Yaxın vaxtlarda Gəncədə 4 hektar ərazidə Memorial kompleksin tikintisinə başlanılacaq. Buraya şəhərin abadlaşdırılması, sakinlərin və şəhərin qonaqlarının istirahəti üçün böyük park salınacaq. Memorial abidə minimalist üslubda hazırlanacaq və 12 metr dərinliyə qədər yerə batmış mərmi izi formasına sahib olacaqdır.
Açıq səma altında kompleksdə muzey binası ilə yanaşı, raket hücumları nəticəsində dağılmış yaşayış binalarının qalıqları və izləri saxlanılacaq. Həmçinin ərazidə 3 giriş tağı, fəvvarə, qazanxana, transformator yarımstansiyası, yeraltı nasos stansiyası və 2 yeraltı içməli və yanğınsöndürmə su anbarı tikiləcəkdir.
Bir cavab yazın