USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Üçüncü Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında klassik musiqi gecəsi keçirilib. Səhnədə Xalq Artisti, dirijor Rafael Bayramovun rəhbərliyi ilə Filarmoniyanın Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan və dünya klassiklərinin əsərləri səsləndirilib.
Konsertdə xalq artisti Sevinc İbrahimova, əməkdar mədəniyyət işçisi Mehbarə Cəfərova, gənc vokalçılar Rüstəm Cəfərov və Vasif Bayramov, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Taleh Yahyayev, Mahir Tağızadə və Günel Hacıyeva iştirak ediblər. Gecənin sonunda enkor kimi Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.
Bir cavab yazın