USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Mingəçevirdə keçirilən beynəlxalq forumda Azərbaycanın və Rusiyanın gələcək liderləri ənənəvi dəyərlər ruhunda yeni nəslin tərbiyəsi üzrə layihələr təqdim ediblər.
Mayın 17-dən 19-dək Mingəçevirdə Rusiya və Azərbaycan Gənclərinin III Təşəbbüslər Forumu keçirilib. Bu meydancada iki ölkənin fəal gəncləri öz niyyətlərini reallaşdırmaq üçün fikir, təcrübə və əlaqə mübadiləsi apara biləcəklər.
Forumun açılışında Azərbaycan gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edib. O, sammitin keçirilmə tarixlərinin digər iki əlamətdar tarixə – xalqlarımız üçün mühüm olan Qələbə Gününə və xidmətləri həm Azərbaycanda, həm də Rusiyada anılan ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf etməsinin rəmzi olduğunu qeyd edib.
Bundan əlavə, İndira Hacıyeva bizim ölkələrimiz arasında Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamənin imzalandığını xatırladıb. Onun sözlərinə görə, bu sənəd sayəsində humanitar əməkdaşlığın vektoru ünsiyyətdən təcrübəyə keçir.
Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya ali məktəblərində təhsil üçün ayrılan kvotaya görə RF hökumətinə təşəkkürünü bildirib. O qeyd edib ki, bir çox yüksək vəzifəli Azərbaycan siyasətçiləri Rusiya universitetlərində ali təhsil alıblar.
Tədbirdə Rusiya nümayəndələri də çıxış ediblər. “Biz gənclər haqqında danışanda, gələcək haqqında düşünürük” – RF-nın elm və ali təhsil nazirinin müavini Konstantin Mogilevski bildirib. O qeyd edib ki, forumun iştirakçıları tezliklə ölkələrimizdə iqtisadiyyatın aparıcı sahələrində lider mövqeləri tutacaqlar. Bu o deməkdir ki, Azərbaycan və Rusiya hakimiyyəti art indi gənclərin bir-biri ilə ünsiyyət qurması və gələcəkdə onların tərəfdaşı və müttəfiqi olacaq dostlar qazanması üçün şərait yaratmalıdır.
İki ölkənin ekspertləri həmçinin Azərbaycan və Rusiyanın elmi əməkdaşlığı, gənclər siyasətinin məsələ və problemlərini, əməkdaşlığın istiqamətlərini müzakirə ediblər.
Rusiya nümayəndə heyəti gənclərin təşəbbüslərini dəstəkləməyə yönəlmiş tədbirlər və layihələr təqdim edib. Həmçinin Rusiyalılar adət-ənənələrin qorunması və vətənpərvərlik tərbiyəsi sahəsində təcrübələri ilə bölüşüblər.
Forumun yekunu olaraq iştirakçılar dostluğun daha da möhkəmləndirilməsi və ümumi dəyərlərin formalaşdırılması barədə razılığa gəliblər.
Bir cavab yazın